BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
19058

Azərbaycanda avtomobil kirayə bazarının vəziyyəti qənaətbəxş deyil.

Bakıda avtomobil icarəyə verən şirkət nümayəndələri bildirib ki, şərtlərə əsasən, maşınları ancaq iki gündən çox götürmək olar. Məlum oldu ki, ölkəmizdə ümumiyyətlə, bir günlük avtomobil icarəyə verilmir.

Avtomobili icarəyə götürmək isə elə də çətin deyil. Bunun üçün şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi lazımdır. Bəzi şirkətlər isə sürücülük vəsiqəsinin verilmə tarixinə baxırlar. Belə ki, vəsiqə ən azı 3 il öncə alınmış olmalıdır.

Qiymətlərə gəlincə, bu meyar avtomobilin markasına görə dəyişir. Bunun üçün öncə şirkətə depozit qoyulur. Depozit minimum 150 manatdan başlayır.

Məsələn, ən bahalı icarə haqqı olanlar “Range Rover” və “Gelandewagen” avtomobilləridir. “Range Rover”in günlük icarə haqqı 500 manatdır. “Gelandewagen” üçün isə 400 manat istənilir. Hər iki avtomobilin depozit haqqı 500 manatdır. Ən ucuz icarə haqqı olan maşınlarda isə qiymət 40 manatdan başlayır. Bu halda depozit olaraq 180 manat tələb olunur.

Maşın götürüb, qəza törədilsə, nə olacaq?

İcarə verən şirkətlərin avtomobillərinin hamısının KASKO və icbari sığortası var. Qəza zamanı sığorta şirkətlərinə məlumat verilir, şirkət gəlib qiymətləndirmə aparır, daha sonra qaydaya uyğun sığorta ödənişi edilir.

İqtisadçı ekspert Natiq Cəfərli kirayə avtomobil bazarının turizm sektorunun yaxşılaşdırılmasından asılı olduğunu bildirib:

“Kirayə avtomobil bazarı Azərbaycanda daha çox turizm sektoru ilə əlaqəlidir. Hələlik turizm sektorunun açılımının olduğunu demək çətindir. Turizm bazarı canlanarsa, quru sərhədlərin, aviareyslərin, dəmiryollarının açılması baş tutarsa, kirayə avtomobil bazarına müsbət təsir göstərə bilər. Amma bu tələbin güclü olmasından asılıdır. Daxili bazarda kirayə avtomobillərə tələb çox azdır. Bu daha çox xarici vətəndaşlara hesablanmış xidmət növüdür. Ona görə də avtomobil kirayə bazarı turizm sektorundan asılıdır”.

Ekspert bildirib ki, iş adamlarının ötənilki itkilərini qarşılaması üçün avtomobillərin kirayə qiymətlərini artırması daha da zərərli ola bilər:

“Bu spesifik sahə olduğu üçün bazarda daha çox tələb və təklif münasibətlərindən asılıdır. Əgər tələbat artacaqsa, başqa şirkətlərin də bu yöndə fəaliyyəti baş verəcək və nəticədə rəqabəti gücləndirən amilə çevriləcək. İndiki dövrdə tələbat böyük deyil.

İş adamları əgər qiyməti baha qoyarsa, tələb də az olacaq. Bu da onlara ziyan vuracaq. Qızıl ortanı tapmaq lazımdır.

Əgər Azərbaycan yay aylarına yaxın turizm sektorunda tam açılmaya gedəcəksə, bu sahədə başqa şirkətlər də yarana və ya fəaliyyətini dayandırmış şirkətlər işini bərpa edə bilər”.

Əlavə edək ki, Azərbaycanda kirayə avtomobil bazarında daha çox ekonom, komfort və biznes model olan avtomobillərə üstünlük verilir. “Hyundai Elantra”, “Kia Optima”, “Toyota Camry”, “Hyundai Accent” kimi modellər daha çox icarəyə götürülür. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin