Bank
26.01.2022 / 10:11
“BirKart BOKT”un nizamnamə kapitalı yenidən artırıldı
19034
“Kapital Bank” ASC-nin bank olmayan kredit təşkilatının nizamnamə kapitalı bir qədər də artırılmaqla 8.5 mln. manatı ötüb.
Valyuta.Az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 800 000 manat, yaxud 10.34% artırılmaqla 8 540 000 manata çatdırılıb.
“BirKart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir. BOKT-un 29 mərkəzi fəaliyyət göstərir.
BOKT innovativ layihələri gerçəkləşdirən “Competo” MMC şirkətində pay alıb. “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay