24.01.2022 / 20:24
Dövlət xətti ilə ipoteka kreditləşməsi 38% artıb
18990
2021-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 356,3 milyon manat ipoteka krediti verilib.
Valyuta.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,4% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,5 dəfə artaraq 409,9 milyon manata çatıb.
Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 12% artaraq 280 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,3 dəfə azalaraq 71,1 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay