BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
18858

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiyanın xarici işlər naziri iranlı həmkarıyla görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Lavrov bu yolla Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışıb. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır.

Buna baxmayaraq, İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüblər. Bu şərtlərdən əsası İrana qarşı sanksiyaların tamamının ortadan qaldırılmasıdır. Vaşinqton buna hazır deyil. Ona görə də yeni nüvə sazişinin imzalanması bu il də baş tutmaya bilər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycandan da şikayət edib. Hüseyn Əmir Abdullahian Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərinə varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bildirir ki, İranın xarici işlər naziri “sərhədlərin dəyişdirilməsi, “terrorçular” və “sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur.

“Azərbaycan işğal altındakı torpaqlarını azad etdib və Ermənistanla sərhədə çıxıb, Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürülüb. Tehran bunu “sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özü Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycaba məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, “sərhədlər dəyişdirilməməlidir”.

Siyasi şərhçinin açıqlamasına görə, Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi.

“Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət “sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir”.

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib. Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır.

“Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kreml öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək”.

E.Şahinoölu deyir ki, keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub.

“Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin