“Tesla” 137 milyon dollar cərimələndi
San-Fransisko məhkəməsi elektrikli avtomobil istehsalçısı “Tesla”nı irqçilik iddiasına görə 137 milyon dollar cərimə edib.
Təzminat şirkətin Kaliforniya ştatındakı zavodunda çalışan işçiyə ödəniləcək.
2015-ci ildə “Tesla”ya işə düzələn Ouen Dias adlı qaradərili şəxs iş yerində ayrı-seçkiliyə məruz qaldığını etiraf edib. Söhbət irqçi istehza və təhqiredici qraffitidən gedir. Dias bütün bunlara görə iştahsızlıq və yuxusuzluq problemi ilə üzləşdiyini bildirib.
“Tesla”nın vitse-prezidenti Valeri Vorkman isə öz növbəsində Diasın müqavilə əsasında işə götürülmədiyini, yəni rəsmi olaraq “Tesla”da heç vaxt işləmədiyini vurğulayıb. Onun sözlərinə görə, Dias və daha üç şahid irqçi təhqirlər eşitdiklərini bildirsələr də, qaradərili insanlara müraciət şirkətdə çox vaxt “dostcasına” olub.
Xatırladaq ki, sentyabr ayının sonlarında “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən varlı insanları arasında lider olub. Hesablamalara görə, sahibkarın sərvəti 200 milyard dolları keçir.
Mənbə: Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay