BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
18816

Azərbaycanda dövlət qeydiyyatına alınan qida məhsullarının siyahısı müəyyənləşir.

Bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd olunub ki, aşağıdakı məhsullar Azərbaycan ərazisində dövriyyəyə buraxılmazdan əvvəl onların təhlükəsizliyini, minimum keyfiyyətini, xüsusi etiketlənmə və digər tələblərə uyğunluğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılacaq və dövlət qeydiyyatına alınacaq:

- xüsusi təyinatlı qida məhsulları;
- yeni növ qida məhsulları;
- genetik modifikasiya olunmuş yem məhsulları;
- qida və yem əlavələri;
- bioloji aktiv qida maddələri;
- təbii mineral sular;
- qida məhsulları ilə təmasda olan material və məmulatlar;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər məhsullar.

Dövlət qeydiyyatına alınan məhsullar reyestrə daxil ediləcək və qida biznesi subyektlərinə reyestrdən çıxarış veriləcək. Dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağan ediləcək.

Məhsulların dövlət qeydiyyatının aparılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq. Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqinin aparılması üçün qida biznesi subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulacaq.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DİM imtahanların düzgün cavablarını AÇIQLADI

Bakıda 7,5 milyon manata mənzil satılır - FOTOLAR

Roma Papası vəfat etdi

Təlimlərə çağırılan hərbçilər iş yerlərini itirirmi? - AÇIQLAMA

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Azərbaycanda bu hotelin fəaliyyəti dayandırıldı

Azərbaycanda bu hotelin fəaliyyəti dayandırıldı

7-20 aprel aralığında bank kartlarından 423 min manat oğurlanıb

“Azneftkimyamaş”ın törəməsinin səhmləri satışa çıxarıldı

Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verildi

Pensiyalar bu tarixdə veriləcək

“Azərnet” ləğv edilir, 2 milyonluq şirkətə birləşir

Regional təhsil idarələrinə yeni müdirlər təyin olundu

Əmanətlərin Sığortalanması Fondu 70 mln. zərər edib - Yığılmış zərəri 740 mln.a çatıb

Azərbaycanda elektrik enerjisi necə istehsal olunur?

Nazirin müşaviri vəzifəsindən azad edildi

Xəstəlik vərəqi ilə bağlı YENİLİK

İcra başçısına yeni müavin təyin edildi

Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi

Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi

Bakıda 2 il ərzində yağış sularının axıdılması sistemi müasirləşdiriləcək

"Azercell" qiymətləri yenə qaldırdı - Abunəçilər 500 manat ödəməli olacaqlar

Nərimanovda qaz kəsiləcək

Bundan sonra kredit ödənişlərini gecikdirənlərin adı “qara siyahı”ya düşməyəcək

DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

Avro və rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Mülkiyyət işlərində vətəndaşın xeyrinə qəbul edilən qərarlar artıb

"Bitcoin" 87 min dollar oldu - Kriptovalyuta bazarında qiymətlər artdı

Bu rayonlarda zəlzələ oldu

Resessiya nədir və onun təsirlərindən necə qorunmaq olar? - SƏHƏR OXUSU

Resessiya nədir və onun təsirlərindən necə qorunmaq olar? - SƏHƏR OXUSU

Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin