Səhiyyə
04.10.2021 / 15:51
Azərbaycanda yoluxma sayı 391 nəfərə düşdü - Operativ Qərargah
18759
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a xəbər verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 486 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 446 nəfər müalicə olunaraq sağalıb, 6 584 nəfər vəfat edib, aktiv xəstə sayı 14348 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 962, ötən müddət ərzində isə ümumilikdə 4 892 127 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay