Banklar üçün yeni öhdəlik müəyyənləşir
Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim edəcək.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Analoji dəyişiklik “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığortafəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlara da təklif olunur.
Başqa sözlə, maliyyə institutları illik və birləşdirilmiş maliyyə hesabatlarının surətini vətəndaşların müraciəti əsasında onlara pulsuz təqdim etməlidirlər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mənbə: APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay