Çinin sürpriz təbii qaz alışı qiymətlərə təzyiqi artırıb
Çinin bu qış üçün enerji təhlükəsizliyinə dair artan qorxusu, dünyanın ən böyük idxalçılarından biri olan bu ölkəni mayeləşdirilmiş təbii qaz (LNG) alışında avropalı rəqiblərilə müqayisədə daha yüksək qiymət verməyə sövq edir.
Bu vəziyyət, onsuz da vəziyyətin gərgin olduğu enerji bazarlarında narahatlığı daha da artırıb.
Mövzu haqqında məlumata malik treyderlərə görə, dövlətə aid "China Petroleum & Chemical Corp"a (Sinopec) noyabr-mart dövründə təhvil alınmaq üzrə, ən azı 13 karqoluq LNG alışı ilə son ayların ən böyük satınalmalarından birini reallaşdırıb. Bu alış Avropadakı qiymətin çox üzərində bir qiymət ilə edilib və bu vəziyyət Çinin, enerji böhranının dərinləşməsi ilə birlikdə yanacaq üçün daha çox pul ayırmağa istəkli olduğunu göstərir.
Çində elektrik enerjisi fasilələrini zavodlardan sonra evlər də hiss etdirməyə başlayıb və ölkənin şimal bölgələrində yaşayanlar hal-hazırda elektrik enerjisinə fasilələr ilə qarşılaşırlar. Bu vəziyyət sosial sabitliksizlik və iqtisadi yavaşlama kimi risklər də yaradır. Çində zavodlar ölkəyə birbaşa idxal edilən təbii qazın böyük qisimini ya xam maddə ya da qızdırma məqsədli istifadə edir.
Avropadan Asiyaya, şimal yarımkürədə qış dövrü yaxınlaşarkən, qlobal iqtisadi bərpanın davam etdiyi bir vaxtda təklif çətinliklərinə görə təbii qaz qiymətləri güclü artıb. Çinin sürətlə böyüyən tələbi qlobal qıtlığın daha da artmasına gətirib.
Çinin bazara geri qayıtması Asiyadakı digər alıcıları da ürküdə və əlavə alışlara səbəb ola bilər. Belə bir vəziyyətdə qiymətlərin daha da artacağı gözlənilir.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay