Nəqliyyat
21.09.2021 / 17:17
Qazaxıstan Azərbaycana aviareyslərin sayını artırır
18435
Koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılması fonunda Qazaxıstan hökuməti 16 ölkə ilə, o cümlədən Azərbaycanla hava əlaqəsini bərpa etmək və reyslərin sayını artırmaq haqqında qərar qəbul edib.
Qazaxıstan mətbuatı xəbər verir ki, müvafiq siyahıya Azərbaycandan başqa, BƏƏ, Rusiya, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya Respublikası, Polşa, Macarıstan, İtaliya, Çex Respublikası, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt də düşüb.
Bundan əlavə, Qazaxıstan rəhbərliyi qənaətbəxş epidemioloji vəziyyətə və yüksək peyvəndləmə səviyyəsinə malik 30 ölkədən gələn şəxslər üçün vizasız rejimi bərpa edib.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay