
20.09.2021 / 17:17
Bu il vergi proqnozuna neçə faiz əməl edilib? - Hesabat
18381
2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edib ki, cari ilin səkkiz ayında qurumun xətti ilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay