Energetika
20.09.2021 / 12:38
Avropada qazın qiyməti 850 dolları ötdü
18360
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarını ötüb.
Bu barədə ICE London qitələrarası birjası məlumat yayıb.
20 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti hazırda 860,2 dollar təşkil edir. Hərracların açıldığı vaxt bu göstərici 790,6 dollar idi.
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini ötüb.
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay