BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
18326

Dünyada ərzaq təhlükəsizliyi məsələsi günü-gündən qloballaşmaqdadır. Bir çox ölkələr var ki, aclıq həddindədir. O cümlədən, ərzaqın tərkibində əsas yer tutan buğdaya olan təlabat da kəskin artmaqdadır. Qlobal səviyyədə artan tələb qida məhsullarının qiymətində bahalaşmaya səbəb olur.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat, bu artıma əsasən iki amilin təsir göstərdiyini düşünür: 

“Birinci amil olaraq dünyada əhali sayının kəskin artması buğdaya təlabatını artırır. İkincisi isə təlabat artdığı təqdirdə son illər baş verən iqlim dəyişiklikləri də buğdanın istehsalında azalmalara gətirir. Əsas taxıl ixracatçı ölkələrdə istehsalın azalması dünya bazarı qiymətlərinə də təsirsiz ötüşmür.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında dünya bazarlarında taxılın qiyməti avqust ayına nisbətən 3,4%, 2020- ci ilin müvafiq dövrü ilə müqayisədə isə 31,1% artıb”.

Onun sözlərinə görə, buğdanın iri ixracatçısı olduğu bir neçə ölkədə istehsal azaldığından satış qiymətlərində 8,8%, o cümlədən keçən ilin müvafiq dövrü ilə müqayisədə 43.5% artırıb:

“Əsas taxıl ixracatçısı olan Rusiya buğda ixracına kvota tətbiq edib. Rusiya buğda, arpa, çovdar və qarğıdalı üzrə ixracı kvotasını 17,5 milyon ton müəyyənləşdirib. Kvotadan artıq isə hər tonun ixracına 50% gömrük rüsumu tətbiq ediləcək. 

Təbii ki, buğdanın dünya bazarındakı qiymətlərindəki kəskin artımlar idxalçı ölkələrdə un məmulatlarının qiymətlərinin artmasına təsirsiz ötüşmür”.

A.Badamov qeyd edib ki, dünyada digər ərzaq məhsullarının da qiyməti artmaqdadır: 

“Misal üçün, qlobal bazarlarda süd məhsullarının qiymətləri iyul ayı ilə müqayisədə 13.6 faiz azalsa da, 2020-ci ilin avqust ayının müvafiq göstəricilərindən yuxarıdır. O cümlədən, tərəvəz yağlarının qiymətləri qlobal bazarlarda iyul ayı ilə müqayisədə 6,7 faiz artıb. Dünya bazarında ət məhsullarının qiymətləri isə 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb”.

Deputat əlavə edib ki, dünya bazarlarında xam neftin qiymətləri ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artıb ki, bunun da nəticəsində benzinin qiyməti dünya bazarlarında ilin əvvəli ilə müqayisədə 53 faizə yaxın artıb.

A.Badamov vurğulayıb ki, qiymətlərin dünya bazarlarında artması idxalçı ölkələri qarşısında yeni çağırışlar qoyur: 

“Bu çağırışlardan biri idxalçı ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında mövcud imkanlardan istifadə etməklə qeyd olunan məhsulların istehsalına daha çox diqqət yetirməkdən ibarətdir. Çünki gələcəkdə idxalçı ölkələrdə idxal qiymətləri ilə bağlı daha böyük çətinliklər yarana bilər”.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünya İqtisadi Forumunun qurucusu istefa verdi

Almaniyaya getməyə dəyərmi?

Almaniyaya getməyə dəyərmi?

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Tramp FED sədrini vəzifədən azad edə bilərmi? Gözlər Ali Məhkəmədə!

Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən ƏMR

Bahalı əmlakların qiyməti azaldı

Təhsil İdarələrinin yeni müdirləri kimdir? - DOSYE

"ASAN xidmət"in direktor müavininə yeni vəzifə verildi

"Azərişıq" Cəbrayılın beş kəndinə 5 milyonluq elektrik xətti çəkəcək

Dənizlərdə yeni dövr: Tamamilə avtonom gəmilər mümkündürmü?

Qlobal iqtisadiyyatda inam azalır: Tənəzzül olacaqmı?

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Nəqliyyat vasitələrinin idxalı artıb, payı azalıb

Sabahın hava proqnozu

Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilərə hökm oxundu

Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayan çinlilərə hökm oxundu

"Bestcomp Group" 1 milyonluq sifarişi uddu

Xəyalındakı həyatı yaşayan adam - Pərviz Həsənovun film kimi hekayəsi

DİM imtahanların düzgün cavablarını AÇIQLADI

Bakıda 7,5 milyon manata mənzil satılır - FOTOLAR

Roma Papası vəfat etdi

Təlimlərə çağırılan hərbçilər iş yerlərini itirirmi? - AÇIQLAMA

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Azərbaycanda bu hotelin fəaliyyəti dayandırıldı

Azərbaycanda bu hotelin fəaliyyəti dayandırıldı

7-20 aprel aralığında bank kartlarından 424 min manat oğurlanıb

“Azneftkimyamaş”ın törəməsinin səhmləri satışa çıxarıldı

Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verildi

Pensiyalar bu tarixdə veriləcək

“Azərnet” ləğv edilir, 2 milyonluq şirkətə birləşir

Təhsil idarələrinə yeni müdirlər təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin