Dünya
17.09.2021 / 17:23
Gürcüstan “Johnson&Johnson” peyvəndi alacaq
18325
“Gürcüstan koronavirus əleyhinə “Johnson&Johnson” peyvəndinin alınması ilə bağlı danışıqlar aparır”.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, preparatın əldə olunması üçün Almaniya donor kimi çıxış edəcək:
““Johnson&Johnson” peyvəndi tək dozalı vaksindir, tətbiqi rahatdır və yaxşı nəticələr verir”.
Qeyd edək ki, hazırda Gürcüstanda COVID-19-a qarşı peyvəndlənmə prosesində 4 preparatdan – “Sinovac”, “Sinopharm”, “AstraZeneca” və “Pfizer”-dən istifadə olunur.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay