BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
18312

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Valyuta.az-a MŞ-dan məlumata verilib.

Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3№ li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin hüquqşunası Ehtiyat Feyzullayevin “Xeberxetti.com”, “xeberfakt.az” və “trendxeber.az” saytlarına qarşı şikayətini araşdırıb. 

Müəyyən edilib ki, “Xeberxetti.com” saytı müəssisə barədə material yayarkən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları" nın (AJPDQ) balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib. Saytın baş redaktoru Mirəziz Əzizov qarşı tərəfin rəyini dərc etməklə yol verilmiş xətaların aradan qaldırılacağını bildirib.

“Xeberfakt.az” saytının baş redaktoru Sakit Muradov isə qeyd edib ki, qarşı tərəfin müraciəti redaksiyaya daxil olduqdan sonra dərhal nəzərə alınıb və yayımlanmış yazıda yol verilmiş qüsurlar aradan qaldırılıb.

“Trendxeber.az” saytının araşdırılması zamanı müəyyən edilib ki, sayt aktiv deyil, həmçinin KİV qanunvericiliyinin tələblərinə zidd olaraq ünvanı göstərilməyib, əlçatımlı deyil. Şikayətçiyə tövsiyə edilib ki, digər müvafiq qurumlara üz tutsun.

İclasda “Şhaurma1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun nümayəndəsi Aqil Nuriyev “aktualinfo.org” saytına qarşı müraciəti araşdırılıb. 

Müəyyən edilib ki, “aktualinfo.org” saytı şikayətçi barədə material yayarkən AJPDQ-nın balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib. 

Saytın baş redaktoru Telman Məmmədov yol verilmiş xətaların aradan qaldırılacağını bildirib. Tərəflər arasında razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin