Xəbər
17.09.2021 / 10:58
Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkar olundu
18287
Tərtər rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkar edilib.
Bu barədə Valyuta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xəbər verilib.
Məlumata görə, nöqsanlar RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən olunub.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay