Polşa Rusiya ilə qaz müqaviləsini uzatmayacaq
Polşa "Qazprom" şirkəti ilə Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni uzatmağı planlaşdırmır.
"Prime"-in verdiyi məlumata görə, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski "Siódma9.pl" radiostansiyasının efirində bildirib.
"Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni uzatmayacağıq", - deyə o bildirib.
Polşa rəsmisinin sözlərinə görə, ölkə "Baltic Pipe" qaz boru kəmərinə üstünlük verir və tədarükün 1 oktyabr 2022-ci il tarixindən etibarən başlayacağını gözləyir.
Xatırladaq ki, "Baltic Pipe" – Polşa ilə Danimarka arasında çəkilən qaz qaz boru kəməridir. Layihənin 2022-ci ildə tamamlanması nəzərdə tutulur, boru kəməri Danimarka vasitəsilə Norveçdən Polşaya təbii qaz nəql etməyə imkan verəcək.
Hazırda Polşa hər il Rusiyadan 10 mlrd. kubmetr qaz alır. "Qazprom"la müqavilə 2022-ci ildə başa çatır. Eyni zamanda, Polşanın PGNIG neft-qaz şirkətinin İdarə Heyətinin sədri Pavel Mayevski 2022-ci ildən sonra da Rusiya qazının tədarük olunacağını istisna etməmişdi.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay