"Qazprom" Türkiyəyə qaz ixracını kəskin artırıb
Bu ilin əvvəlindən (ilin 8,5 ayı ərzində) Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 138,6 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,6 mlrd. kubmetr və ya 17,4% çoxdur.
Bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.
Məlumata görə, "Qazprom" ilin əvvəlindən 357,7 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 53,9 mlrd. kubmetr və 17,8% çoxdur.
Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+35,8%), Türkiyə (+157,7%), İtaliya (+15%), Serbiya (+125,9%), Rumıniya (+347,6), Polşa (+11,4), Finlandiya (+19), Yunanıstan (+12,8%) və Bolqarıstan (+52,3%) hesabına artıb.
Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Qeyd edək ki, Azərbaycan Türkiyəyə də qaz ixrac edir.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay