OPEC Azərbaycanla bağlı neft hasilatı üzrə proqnozu dəyişmədi
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-2022-ci ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
Bu barədə OPEC-in aylıq hesabatı açıqlanıb.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza bərabərdir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacaq (bu, avqust ayında verilən proqnoz göstəricisinə bərabərdir).
Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay