2030-cu ilə qədər Rusiyada rəqəmsal rubl olacaq - STRATEGİYA
Rəqəmsal rublun istifadəyə verilməsi 2030-cu ilə qədər əsas rəqəmsallaşdırma layihələrindən biri olacaq.
Bu barədə Rusiya Federasiyası Maliyyə Nazirliyinin təqdim etdiyi 2030-cu ilə qədər Maliyyə Bazarının İnkişaf Strategiyasında qeyd edilib.
Sənəddə deyilir:
"2030-cu ilə qədər rəqəmsallaşdırma sahəsində əsas layihələrdən biri, Rusiya Mərkəzi Bankının buraxacağı üçüncü pul forması rəqəmsal rublun işə salınması olacaq".
Strategiyada qeyd olunur ki, rəqəmsal rublun tətbiqi ödəniş infrastrukturunun daha da inkişaf etdirilməsinə, rəqabətin artmasına və yeni innovativ maliyyə alətlərinin yayılmasına, habelə vətəndaşlar və müəssisələr üçün xidmətlərin artırılmasına və xərclərinin azalmasına kömək edəcək.
13 sentyabr Bazar ertəsi günü Rusiya Maliyyə Nazirliyi 2030-cu ilə qədər maliyyə bazarının inkişafı strategiyasını ictimai müzakirəyə təqdim edib. Belə bir strategiya ölkədə ilk dəfə hazırlanıb. Strategiya maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, rəqəmsallaşdırma, tənzimləmələr, sığorta bazarının liberallaşdırılması da daxil olmaqla bir sıra sahələrə aiddir.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay