Bu il Rusiyada 100 milyon tona yaxın taxıl yığılıb – AÇIQLAMA
31 avqust 2021-ci il tarixinə Rusiyada 97,2 milyon ton taxıl və paxlalı bitkilər yığılmışdır. Bu həcmə 70 milyon ton buğda da daxildir.
Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata qeyd edilib ki, buğdadan əlavə 17,3 milyon ton arpa və 661,6 min ton qarğıdalı da yığılıb.
Rusiyada məhsul yığım mövsümünün sona çatdığı bildirilir.
Rusiya Kənd Təsərrüfatı Nazirinin müavini Cambulat Xatuov, əlverişsiz hava şəraitinə baxmayaraq, məhsul yığımı mövsümünü müsbət qiymətləndirib. Bundan əlavə, bu il qarğıdalı, şəkər çuğunduru və düyü məhsulu 2020-ci illə müqayisədə yüksəkdir.
İndi bəzi bölgələrdə fermerlər 2022-ci ilin məhsulu üçün əkin işlərinə başlayıblar. Bu günə qədər 6,3 milyon hektar sahədə müvafiq işlər görülüb.
Nazir müavini əlavə edib ki, bu il kənd təsərrüfatı istehsalçıları 3,3 milyon tondan çox mineral gübrə alıblar. Bu rəqəm keçən ilə nisbətən 300 min ton çoxdur.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay