BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
18015

Sosial şəbəkələrdə guya ünvanlı sosial yardım düzəltmək adı ilə vətəndaşlardan pul tələb edən səhifələrin sayı artıb. Həmin səhifələrdə ödəniş qarşılığında köməklik ediləcəyi  qeyd olunur. Aidiyyatı qurum bu səhifələrin dələduzluq məqsədilə yaradıldığını açıqlayıb... 

 

Sosial yardım adı ilə pul tələb edən səhifələr

 

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Hər səhifədə isə fərqli qiymət oxunur. Bu azmış kimi səhifədə sual ünvanlayan vətəndaşlara qeyri-etik cavablar da verirlər.

Prosesin necə aparıldığını, hansı şərtlərlə yardım etdiklərini öyrənmək üçün biz də bu səhifələrdən bir neçəsi ilə əlaqə saxladıq. Daha dogrusu instaqram səhifələrində heç bir əlaqə nömrəsi olmadığı üçün sadəcə olaraq yaza bildik. Təəssüf ki, müraciətimizə cavab verən olmadı. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili qeyd etdi ki, bu elanlar kiminsə aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib. 

Elan sahiblərinə isə bu səhifələrin ləğv edilməsi barədə xəbərdarlıq edilib.

Səhifələr silinməzsə, hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.-deyə qurum rəsmisi əlavə edib.

Onu da qeyd edək ki, ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet səhifəsinə və facebook, instaqram, tvitter kimi sosial şəbəkələrdəki ünvanlarına müraciət edə bilərlər.

Mənbə: Xəzər TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha bir əcnəbi “PashaPay”in İdarə Heyətinə təyin edildi

Azərbaycanda kartofu kimlər bahalaşdırıb...

Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

Bank hesabınız cinayət alətinə çevrilə bilər - “Səhv köçürmə” tələsi

Trampın rüsum siyasəti ilə ABŞ fond bazarı 4 trilyon dollar itirdi

İşçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 958 milyon manatdan çox haqq yığılıb

Ən az benzin "yandıran" maşınlar - İlk 10-luq açıqlandı

"Azercell" 6 ildir abunəçilərinin istifadə etdiyi bu xidməti ləğv edir

"Azercell" 6 ildir abunəçilərinin istifadə etdiyi bu xidməti ləğv edir

Bu şəxslərin “Green Card”ları ləğv ediləcək

İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirdi - Həbs olundu

Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaq?

“Prior Leasing” şirkətinə yeni baş icraçı direktor təyin edilib

Neftimizin qiyməti 73 dollardan aşağı düşüb

ABŞ-nin IT sektoru Trampın bu sözlərindən sonra 1 trilyon dollar itirib

Evini kirayə verənlərin diqqətinə: Sizi bu təhlükə gözləyir

Rubl və avro bahalaşdı

Bakının bəzi ərazilərinin qazı kəsiləcək

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

"ABC Ticarət və Tikinti"nin rəhbərinə “stop” qoyulub

Süni intellektli tozsoran təqdim edildi - XÜSUSİYYƏTLƏRİ

TSMC-nin satışları ilin əvvəlindən 40 faiz artıb

NASA-ya ağır zərbə: ABŞ-ın kosmik agentliyi "yox olma" həddində

Kibercinayətlərdə süni intellekt "inqilabı"

"5 gəlir mənbəyim var və təkcə "Amazon"dan illik 1 milyon dollardan çox qazanıram": Ceni Vudan tövsiyələr

"Yeni Klinika"nın testlərinə 18 mln. xərclənəcək

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz – sabiq "Google" əməkdaşı

Trampın siyasətləri "FED"in faiz dərəcələrinə təsir edəcək - "CNBC"

“Avtoyoltikintiservis” MMC yenə İcra Hakimiyyətinin tenderinin qalibi olub

İnşaat və tikinti sahəsinə qoyulan kreditlər artır: Bu, sektorun inkişafına necə təsir edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin