
08.09.2021 / 13:22
Avropada qazın qiyməti 660 dolları ötdü
17874
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 660 ABŞ dolları həddini ötüb.
Bu barədə ICE London qitələrarası birjası məlumat yayıb.
8 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 54,6 avro təşkil edib (bir kubmetr üçün təqribən 662 dolar).
Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay