Nəqliyyat
07.09.2021 / 12:36
Türkiyədə ilk dəniz taksisi sınaq səfərlərinə başlayıb
17805
Türkiyənin istehsal etməyə başladığı 50 dəniz taksisindən birincisi artıq suya enib və sınaq səfərlərinə başlayıb.
İstanbul “City Lines”ın Baş direktoru Sinem Dedetaş mətbuata açıqlamasında inşa ediləcək 50 dəniz taksisindən 5-inin elektrikli olacağını bildirib:
“Dəniz taksiləri ictimai nəqliyyatın olmadığı yerlərə gedəcəklər. Dəniz taksilərində qadın dənizçilər də xidmət göstərəcək. Qayıqlarda bir kapitan və bir yağlayıcı olmaqla iki ekipaj üzvü olacaq”.
Qeyd edək ki, bu ilin əvvəllərindən İstanbulun “Haliç” gəmiqayırma zavodunda ilkin olaraq 50 ədəd dəniz taksisinin istehsalına başlanılıb.
Mənbə: Report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay