BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
17711

Keçmiş Vergilər naziri Fazil Məmmədov işdən çıxarıldıqdan bir müddət sonra biznesinin başına keçsə də, nəzarətində olan kommersiya qurumlarını idarə edə bilmir. 

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, keçmiş nazirin biznes strukturları ard-arda iflasa uğrayır, ən yaxşı halda isə məhkəmə çəkişmələrinə cəlb edilir.
 
Buna misal olaraq "AtaBank”ın iflasını və bir neçə şirkəti özündə birləşdirən "Synergy Group” Holdinqin artıq çökmə həddində olduğunu göstərmək olar.

Digər tərəfdən isə Fazil Məmmədovun şirkətləri ard-arda məhkəməyə verilir. Bu günlərdə keçmiş nazirin daha bir şirkəti barəsində məhkəmə iddiası qaldırılıb. Söhbət "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətindən (ASC) gedir.

ASC barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Abuşov Vilayət Musa oğlu tərəfindən qaldırılan iddia hakim Zeynəb Axundovanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Əldə etdiyimiz məlumatda isə bildirilir ki, ASC-nin məhkəməyə verilməsi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. 

"AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətin təsisçisi "AtaHolding” MMC-dir. ASC-nin nizamnamə kapitalı 14,6 milyon AZN təşkil edir.

ASC-nin Direktorlar Şurasının sədri Ağakərim Məlik-Aslanov, İdarə Heyətinin sədri isə Orxan Məmmədovdur. Ağakərim Məlik-Aslanov əvvəl "AtaBank” ASC-nin sədr müavini işləyib. Bu bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub. "AtaBank” ləğv edildikdən sonra ordakı kadrlar "AtaSığorta” ASC-də fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin