Xəbər
03.09.2021 / 12:47
Azərbaycanda 4 bank ilin I yarısını zərərlə başa vurub - SİYAHI
17685
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü bu ilin I yarısını zərərlə başa vurub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Qalan 24 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (148,15 milyon manat), “Kapital Bank” (99,772 milyon manat), “PAŞA Bank” (50,64 milyon manat) və “Yelo Bank” (10,043 milyon manat) ASC-lərdir.
Qalan 18 bankdan 11-də (xalis) mənfəət 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyon manatdan azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay