Dünya
01.09.2021 / 20:20
Bu ilin 8 ayında BTC ilə daşınan neftin həcmi açıqlandı
17600
Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 132,625 milyon barel xam neft nəql edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu həcmdə xam neft 182 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 703,6 milyon barelə yaxın xam neft 4 841 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay