Koronavirusla əlaqədar fırıldaqlar - 545 MİLYON DOLLAR
Pandemiya bir çox sahələrə ciddi zərbə vursa da, təcrübəli fırıldaqçılar yeni məhdudiyyətlərdən bir imkan kimi istifadə etməyi bacarır.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, təkcə ABŞ-da COVID-19 infeksiyası pandemiya elan ediləndən bəri (mart 2020-avqust 2021) fırıldaqçıların qurbanı olan amerikanlar 545 milyon dollar itirib.
Federal Ticarət Komissiyasına (FTC) həmin dövrdə pandemiya mövzusunda 589 min müştəri şikayəti daxil olub. Bunların 61%-dən çoxu sırf fırıldaqçılıqla bağlıdır. Onlayn ticarətdən səyahət və turizm paketlərinin satışına qədər sahələrdə bir müştərinin orta itkisi 380 dollar olub.
Amerikanlar pandemiyanın davam etdiyi müddətdə əksər hallarda karantin tədbirlərinə görə daha çox evdə qalıb və sifarişlərin mütləq əksəriyyəti onlayn edilib. 55 minə yaxın şikayət məhz bu səpkidədir - pul ödənib, sifariş edilən məhsul isə gəlməyib.
Ən iri məbləğ - 79 milyon dollar isə tətil və səyahət sifarişləri ilə bağlıdır. Burda əsas məsələ əksər sifarişlərin ləğv olunması, lakin ödənilən pulun geri qaytarılmaması və xidmət təklif edənlərin yoxa çıxmasıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay