Səhiyyə
31.08.2021 / 11:35
Azərbaycanda özəl baytarlığın tam fəaliyyətə başlayacağı tarix açıqlanıb
17517
Bu ilin sentyabrın 1-dən Azərbaycanın 6 şəhər və rayonunda (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələdə) 95 baytarlıq məntəqəsi özəl fəaliyyətlə xidmətə başlayacaq.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, 1 oktyabr tarixinədək 546 məntəqəni əhatə edən daha 43 rayonda bu proses gedəcək: "Daha sonra isə 157 məntəqəni əhatə edən 13 rayon əhatə olunacaq. Beləliklə, 1 noyabr tarixindən ölkədə özəl baytarlıq tam olaraq fəaliyyətə başlayacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay