Ukrayna ötən il Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları ixrac edib
2020-ci ildə Ukraynadan Azərbaycana ixracatın 49%-i kənd təsərrüfatı məhsullarından ibarət olub.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Biznes və Ticarət Assosiasiyasının İdarə Heyətinin sədri Dmitri Los NV-dəki bloqunda məlumat yayıb.
O, tədarük edilən məhsulların xammal xarakteri daşımadığını, lakin yüksək dəyərə malik olduğunu qeyd edib.
"Söhbət tütün məmulatlarından, ət, süd və qənnadı məmulatlarından, şəkərdən, yağdan və sair məhsullardan gedir. Ukraynanın ixrac olunan üç ən böyük mal kateqoriyasında iki mövqe kənd təsərrüfatı məhsullarını təmsil edir. Ət və içalat tədarükünün 52%-i dondurulmuş mal ətindən, 48%-i isə dondurulmuş toyuq ətindən ibarət olub", - ekspert əlavə edib.
Bundan əlavə, Ukrayna Azərbaycana dərman məhsulları, qara metallar və onlardan hazırlanmış məhsullar, eləcə də müəyyən növ digər avadanlıqlar tədarük edib. D. Los Azərbaycanın iqtisadi mənada Ukrayna üçün cəlbedici ölkə olduğunu vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay