BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17327

Azərbaycanda son illərdə sığorta bazarında ciddi böyümə müşahidə edilir. Böyümə icbari sığorta bazarı ilə bərabər könüllü sığorta bazarında da baş verir.
 
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki,sığorta bazarında baş verən dəyişikliklərlə bağlı saytına danışan ekspert İlkin İbrahimov münasibət bildirib.

Son 5 ildə sığorta sektorunda böyümə 50 faizdən çox olduğunu deyən ekspert söylədi ki, 2016-cı ilin yanvar-iyununda sığorta haqları üzrə yığımlar 285,34 milyon manat olduğu halda 2021-ci ilin yanvar-iyununda 452 milyon manatı ötüb. 

İ.İbrahimov bu dövrdə sığorta ödənişlərinin daha çox artdığını dedi. O vurğuladı ki, müqayisə edilən dövrdə ödənişlər 2,44 dəfə artaraq 248 milyon manatı ötüb. 

Ekspert hesab edir ki, sığorta bazarının böyüməsində könüllü sığortaya olan marağın artmasının böyük rolu var: 

"2016-cı ilin yanvar-iyununda könüllü sığorta üzrə yığımlar 151 milyon manat, ödənişlər 66,6 milyon manat olmuşdu. Amma bu ilin birinci yarısında könüllü sığorta üzrə yığımlar 2 dəfə artaraq 304,5 milyon manata çatıb. Sığorta ödənişləri isə daha çox artaraq 183,7 milyon manata yüksəlib. 

Könüllü sığortada artım daha çox həyat sığortasında olub. Həyat sığortası 5 il əvvəlki dövrlə müqayisədə 2,62 dəfə artaraq 159 milyon dollara çatıb. Ödənişlər isə 4 dəfə artaraq 139,5 milyon manata yüksəlib".

Onun sözlərinə görə, burada əsas pay həyatın yaşam sığortasının üzərinə düşür: 

"Bu fakt onu göstərir ki, insanları könüllü həyat sığortasına marağı daha böyükdür. Maraqlı hallardan biri də könüllü tibbi sığortaya tələbin artmasıdır. Qısa müddətdə könüllü tibbi sığorta 50 faizdən çox artıb. 

Vətəndaşlar tibbi sığortanın faydalarını görürlər. Buna görə də icbari tibbi sığorta ilə yanaşı könüllü tibbi sığortaya da maraq böyükdür. 

Qeyri-həyat sığortalarında könüllü sığorta artsa da, burada zəif dinamika müşahidə olunur. Məsələn, avtonəqliyyat vasitələrinin könüllü sığortasında artım çox zəifdir. Bunun səbəbi sığorta ödənişləri üzrə qaydaların sərt olmasıdır. Ona görə də avtomobil sahibləri könüllü sığortaya maraq göstərmirlər”.

İ.İbrahimov proqnozlaşdırır ki, sığorta bazarında böyümə dinamikası qarşıdakı illərdə də davam edəcək.

Onun fikrincə, işğal edilən torpaqların azad edilməsi sığorta məhsullarına tələbi artıracaq: 

"Tikintinin genişlənməsi mülki məsuliyyət, əmlak sığortasına, avtonəqliyyat vasitələrinin sığortası və başqa sığorta növlərinə marağı artıracaq. Tələbin artması sığorta haqları üzrə yığımların artmasına şərait yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin