Səhiyyə
20.08.2021 / 11:22
Yaqut Qarayeva: "Azərbaycanda yoluxma sayında kəskin artım müşahidə olunur"
17294
“Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu, ölənlərin sayı isə 4 milyonu keçib”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, hələ də ən çox yoluxma ABŞ, Hindistan və Braziliyadadır:
“Son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur. Hər zaman vurğulayıram ki, bizim üçün önəmli olan yoluxma əmsalıdır. Bu gün 23 % yoluxma əmsalı görürük. Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay