Xəbər
18.08.2021 / 12:14
Bu il bankların kredit portfeli kəskin artıb - HESABAT
17172
2021-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 258,1 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Mərkəzi Bankın təqdim etdiyi məlumatlara istinad edib.
Sənədə əsasən, ümumi kredit portfelinin 12 milyard 599,9 milyon manatı və ya 82,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat olub və ümumi kredit portfelinin 6,0 faizini təşkil etdib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay