Bu qərardan sonra Avropada qaz qiymətləri rekord həddə çatdı
Avropada qazın qiyməti 1 000 kubmetr üçün 580 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.
Valyuta.az-ın Report.az-a istinadən xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bazar ertəsi ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 586,3 ABŞ dollarına çatıb.
Qazın rekord dərəcədə bahalaşması Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom”un Ukraynanın qaz-nəqliyyat sisteminin əlavə bərk tranzit güclərinin yalnız 4 %-ni bronlaşdırmaq qərarından sonra baş verib. Daha əvvəl isə təbii qazın qiyməti “Qazprom” şirkətinin Yamal-Nen muxtar dairəsində yerləşən zavodunda baş verən yanğından sonra “Yamal-Avropa” qaz kəməri üzrə nəqlin aşağı düşməsi fonunda artırdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay