Energetika
16.08.2021 / 12:12
Neft nəyə görə 1 faizdən çox ucuzlaşdı? – Səbəb açıqlandı
17037
Koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar dünya bazarında neftin ucuzlaşmasına səbəb olub.
Valyuta Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.07-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,05 % ucuzlaşaraq, 1 bareli 69,85 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,08 % aşağı düşərək, 1 bareli 67,71 ABŞ dolları təşkil edib.
Davam etməkdə olan koronavirus pandemiyası şəraitində tələblə bağlı narahatlıqlar neft qiymətlərinə təzyiq göstərir. Belə ki, bir sıra ölkələrdə yoluxma səviyyəsinin yenidən artmağa başlaması hökumətləri əhalinin hərəkətinə yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay