BAKU Azərbaycan
18.73°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
16982

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Valyuta.az APA-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Prokuror ittiham aktını elan edib.

İttihama görə, Sultanov Zakir İmran oğlu tərəfindən Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihamda bildirilib ki, Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün ayrılan 2.4 milyon manatın 300 min manatı nağdlaşdırılaraq Zakir Sultanov tərəfindən mənimsənilib. Bundan başqa təqsirləndirilən şəxs vəzifədə olarkən Lənkəran şəhərində tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatın nağdalaşdırılaraq öz şəxsi mənafeyi üçün istifadə edib.

Bu iki iş üzrə ayrılan vəsait Mətləb Məmmədov adlı şəxsə məxsus şirkətə ayrılıb. Belə ki, Masalı rayonu və Lənkəran şəhərlərində təmir, tikinti və bərpa işlərini Mətləb Məmmədov həyata keçirib.

M. Məmmədov "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.

İttihamda qeyd olunub ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin və Mülsüm Maqomayev adına Musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılaraq mənimsənilib.

Bundan başqa, ittihamda Z. Sultanov tərəfindən Maştağa qəsəbəsində mədəniyyət mərkəzinin abadlaşdırılması, Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitlərin və 950 manat internet pulunun da şəxsi mənafe üçün xərclənildiyi öz əksini tapıb.

Daha sonra prosesdə təqsirləndirilən şəxs ifadə verib. Z. Sultanov ifadəsində Masallı rayonunda Mədəniyyət evinin təmiri üçün ayrılan 300 min manatın hamısını özünə götürmədiyini deyib: "Həmin məbləğin müəyyən hissəsi mənə çatıb, amma əsas məbləğ tikintidə görünməyən və rəsmiləşdirilməyən xərclərə sərf edilib".

Digər tarixi abidələrin bərpası üçün ayrılan vəsaitlərin mənimsənilməsinə gəldikdə isə Z. Həsənov sözügedən məbləğin rüşvət yox, ödənilməli olan rüsum olduğunu bildirib.

Zakir Sultanov Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı ittihama da cavab verib: "Baş podratçı və subpodatçı şirkət arasında müqavilə oldu. Subpodatçı İtaliya şirkəti idi. 2 ilə nəzərdə tutulan layihə 4 ilə qədər uzandı. Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min avro vermişəm. Ümumi olaraq 1 milyon manat əlavə olaraq pul xərcləmişəm. Bunu sübut edəcək şahidlərim də var".

Məhkəmədə Zakir Sultanov elan olunan ittihamla özünü qismən təqsirli bilib. Hakim isə xatırladıb ki, təqsirləndirilən şəxs istintaqda özünü tam təqsirli bildiyini qeyd edib. Z. Sultanov isə deyib ki, istintaqda da özünü qismən təqsirli bildiyini deyib, amma tam təqsirli bilməsi kimi qeyd olunub.

Növbəti proses avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.

Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, R. Bayramovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

"Bitoin" 103 min dollar olub - Kriptovalyuta qiymətləri enir

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır? - SƏHƏR OXUSU

Dünyada İLK: Süni intellekt həkimdən ibarət klinika yaradıldı - FOTO

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

Ağdamın bu məhəlləsində yaşayış binalarının inşasına başlanılır

ANAMA 84 min manatlıq servis xidməti alır

Elektriklə işləyən bu maşınları 2025-ci ildə almağa dəyməz - SİYAHI

“Nara-500” şirkətinin 95 min manat vergi borcu var

2025-ci ildə alınacaq ən pis qrafik kartlarının siyahısı açıqlandı

Nazirlər Kabinetinə məxsus bu maşınlar hərraca çıxarılır

Bu il Azərbaycanda nə qədər ağ neft istehsal olunub?

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin