Xəbər
13.08.2021 / 11:48
Bu bankların balans kapitalı azalıb
16962
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank Avrasiya” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “Bank BTB”də (14,2%), ən az azalma isə “Bank Avrasiya”da (0,6%) qeydə alınıb.
Qalan 22 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (25,2%), ən aşağı dinamika isə “Günay Bank” ASC-də (0,6%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay