Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Azərbaycan Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender elan edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 21-nə qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Əlaqələndirici şəxslər Hüququ departamentinin əməkdaşı Elvin Şirdanov (Telefon: 493-11-22 (428)), və İnsan resursları departamentinin əməkdaşı Aynurə Salihovadır (Telefon: 493-11-22 (225)).
Təkliflərə sentyabrın 22-də, saat 15:00-da sözügedən ünvanda baxılacaq. Xidmət bu il noyabrın 27-dən başlayaraq 1 il müddətində göstərilməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay