Nəqliyyat
09.08.2021 / 16:20
TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 6 kəskin azalıb
16757
Cari ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton-km olub, bu da illik müqayisədə müvafiq olaraq 6,3% və 2% azdır.
Valyuta.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 11 407 min tonu və ya 56,1%-i avtomobil nəqliyyatı, 6 598,6 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 2319,6 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 faizini və ya 4652,6 min tonunu tranzit yüklər təşkil edib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay