Xəbər
06.08.2021 / 16:37
Azərbaycanda 5 bankın kredit portfeli azalıb - Renkinq
16703
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lərdir.
Ən çox azalma “AFB Bank”da (69,3%), ən az azalma isə Pakistan bankında (6,2%) qeydə alınıb.
Qalan 21 bankın kredit portfeli artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (70,2%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (4,3%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay