COVİD-19 heç vaxt yox olmayacaq: Qrip kimi fəsli infeksiyaya çevrilib (AÇIQLAMA)
"Koronavirusun hazırkı dinamik artım sürəti nisbidir. Bunun "Delta”, "Delta-plyus” və başqa faktorlarla əlaqələndirilməsi heç bir elmi məntiqə sığmır”.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis qeyd edib ki, COVİD-19 artıq fəsli infeksiyadır:
"İstər "Delta”, istər "Delta-plyus”, istərsə də gələcəkdə zaman-zaman söyləniləcək digər ştammlar olsun, onların heç biri insanlığa mütləq ölüm qorxusu gətirə bilməz və gətirmək qüdrətində də deyil. Koronavirusun mütəmadi artımı ola bilər. Bu, qanunauyğun bir haldır. Çünki artıq 12 min il tarixi olan qrip kimi fəsli infeksiyadır. COVİD-19-un mövcudluq tarixi 91 il, insan bədənində yaşam tarixi isə cəmi 56 ildir.
Odur ki, insanları səbəbsiz yerə qorxuya salmaq lazım deyil. Əvvəla ona görə ki, koronavirus Azərbaycan üçün qorxulu ola bilməz. İkincisi və ən əsası isə ölkəmizdə mart-aprel aylaında olan kütləvi yoluxma, eləcə də vaksinasiya hesabına əhalinin ən azı 85 faizində kütləvi immunitet formalaşıb”.
M.Qəniyev vurğulayıb ki, gigiyenik tədbirlərə əməl etməklə gündəlik normal həyatı yaşamaq lazımdır:
"Yalnız bir şərtlə - heç bir halda, kimsə ilə öpüşməmək, yəni flematologiyaya son deməklə”.
Xatırladaq ki, ötən sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 996 yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay