BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
16608
Türkiyə prezidenti hesab edir ki, Mərkəzi Bankın yüksək faizi yüksək inflyasiyaya səbəb olur

 

Dollar/Türk Lirəsi (TL) məzənnəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın faizlərin aşağı salınması ilə inflyasiyanın da Avqustda azalmağa başlayacağına dair açıqlamasından sonra 1%-dən çox yüksələrək 8,57-nin üzərini test edib. (Dollar bahalaşıb, Türk Lirəsi ucuzlaşıb)

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, lirə iyul ayında 2,5% artıma ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi idi. Dünən isə Dollar/TL məzənnəssi 8,30 səviyyələrinədək gerilədi.

Ərdoğan qatıldığı canlı verilişdə Avqust ayında inflyasiyada enişin görüləcəyini qeyd edib:

“İqtisadiyyatdakı qabaqcıl göstəricilərə baxdığımızda iqtisadi inkişaf  meylinin davam etdiyini görürük. İqtisadiyyatın 7%-in üzərində artmasına nail olacağıq. Bundan sonra inflyasiyanın daha yuxarı çıxması mümkün deyil. Faiz nisbətlərində də enişə keçirik, yüksək faiz yoxdur. Çünki yüksək faiz, bizə yüksək inflyasiyanı gətirəcək. Buradan da mən siqnalımı müəyyən yerlərə hərhalda vermiş oluram, çünki bundan belə inflyasiyanın daha yuxarı çıxması mümkün deyil, çünki faiz nisbətlərində də bir dəfə enişə keçirik”.

İyul ayında açıqlanan illik inflyasiya ilə Türkiyə Respublikası Mərkəzi Bankının pul siyasət faizi arasındakı fərq az qala sıfıra enib. İqtisadçı və analitiklərin əksəriyyəti artıq faiz endirimi üçün yer qalmadığını və ilin geri qalanında da faiz endirimi gözləmədiklərini bildirmişdilər.

Türkiyədə illik inflyasiya İyulda 18,95% təşkil edib. Mərkəzi Bankın faizi isə 19% səfiyyəsindədir.

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu da inflyasiya hesabatının təqdimatına etdiyi çıxışında, əmtəə qiymətləri, məzənnə və artan tələbin inflyasiyaya yuxarı istiqamətdə təsir etdiyini bildirmiş, pul siyasəti faizinin inflyasiyaya əsasən müəyyən olunmağa davam edəcəyini söyləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin