Azərbaycanda 7 bankın qiymətli kağızlara investisiyaları azalıb - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 7-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, həmin “Unibank”, “Bank Respublika”, “Xalq Bank”, “Bank Avrasiya”, “Bank VTB Azərbaycan” və “Yelo Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Ən çox azalma "Yelo Bank"da (63,1%), ən az azalma isə “Unibank”da (1,5%) qeydə alınıb.
14 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Access Bank” QSC, “Zıraat Bank Azərbaycan”, “Turan Bank”, “AFB Bank”, “Rabitəbank”, “Kapital Bank”, “Bank BTB”, “PAŞA Bank”, “Express Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku” və “Azər-Türk Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır. Ən yüksək dinamika "Access Bank”da (4,5 dəfə dəfə), ən aşağı dinamika isə Pakistan bankında (4,8%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb, 1 bank - "Naxçıvan Bank" ASC isə fond bazarına investisiya qoymağa bu ildən başlayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay