BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
16585

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edir.

Bu barədə Valyuta.az quruma istinadən xəbər verir.

Məlumata görə, boş qalan yerlərə qəbul 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). 

Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 11 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir ("Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (//eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elanının tam mətni, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrin elektron ərizəsi"ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlarla jurnalın 6-cı sayında tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda hotellər üç prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin