Gürcüstan Milli Bankı uçot dərəcəsini 10%-ə çatdırıb
Gürcüstanın Milli Bankı uçot dərəcəsini daha 0,5 faiz bəndi artıraraq 10%-ə çatdırıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, son zamanlar yüksək inflyasiya qlobal problemə çevrilib və iyulda bir çox ölkələrdə qiymət artımı proqnozları üstələyib. Ötən ay Gürcüstanda da illik inflyasiya gözlənilmədən ən yüksək həddə - 11,9%-ə yüksəlib.
"Gürcüstan Milli Bankı inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3%-lik hədəf göstəricisinə yaxınlaşacağını proqnozlaşdırır. İqtisadiyyatda və maliyyə bazarlarındakı proseslər davamlı olaraq izlənilir və qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcək", - deyə qurum bəyan edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay