Ölkədə bankomat və POS-terminalların sayı nə qədər artıb? – Say açıqlandı
Avqustun 1-nə qədər ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın Ödəniş sistemləri üzrə icmalı açıqlanıb.
Belə ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və 8.1% artım müşahidə olunub.
Bu dövrdə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52.9%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64.9% olub.
Ödəniş terminalların, o cümlədən bankomatların sayında da artım müşahidə olunur.
Belə ki, 2021-ci ilin I yarımilinin sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 2867, ödəniş terminallarının sayı isə 17% artaraq 1978 ədəd ədəd təşkil edib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay