Avro və funt bahalaşacaq: Qızıl və bitkoin ucuzlaşa bilər
ABŞ-da cümə günü açıqlanacaq əmək bazarına dair statistik göstəricilər öncəsi investorların gözləmə mövqeyinə çəkilməsi səbəbilə dünya birjalarında durğunluq müşahidə olunur.
Valyuta.az xəbər verir ki, lakin bu gün Avrozona və Böyük Britaniyada açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri bazarda hərəkətlilik yarada bilər. Biznes aktivliyində artım qeydə alınarsa EUR/USD cütlüyü 1.19, GBP/USD cütlüyü isə 1.39 hədləri üzərində möhkəmlənə bilər.
1808$ və 1815$ aralığında üfüqi dalğalanan qızılda 1808$ həddi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$ və 1790$-a kimi ucuzlaşa bilər.
Hazırda 38000$ civarında dalğalanan Bitkoin, bu həddin altında qalsa, 36000$ və 32000$-a kimi ucuzlaşa bilər. Bitkoindən fəqrli olaraq artım tendensiyası sərgiləyən Etereumda isə 2622$ həddi qırılsa, artımlar 2892$-a kimi davam edə bilər.
Qeyd edək mki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay