İranda aeroportlar fəaliyyətini dayandıracaq
Sabah İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi məqsədilə paytaxt Tehran və ətraf vilayətlərin (Payam və Əlborz) aeroportları 2,5 saat ərzində fəaliyyətini dayandıracaq.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məhəmməd Həsən Zibəxş deyib.
M.Zibəxşin sözlərinə görə, avqustun 5-də 16:30-dan 19:00-dək Tehranın İmam Xomeyni və Mehrabad, Əlborz vilayətinin Payam və Qəzvin vilayətinin Qəzvin aeroportları bağlı olacaq.
O, əlavə edib ki, bununla əlaqədar hava yolları şirkətlərinə qeyd olunan vaxtda heç bir uçuşun olmaması haqda göstəriş verilib.
Qeyd edək ki, İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi İran parlamentində təşkil olunacaq. Mərasimə 73 ölkədən 115 rəsminin qatılacağı dəqiqləşib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay