Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı
2021-ci il iyulun 1-nə Azərbaycanda bank sektorunun depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi 22 milyard 125 milyon manat, müştərilərə verilən kreditlərin həcmi isə 14 milyard 857 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı aylıq hesabatda qeyd edilib.
Məlumata görə, ölkənin bank sektorunda kreditlərin depozitlərə nisbəti ("loan-to-Deposit ratio" LDR) təxminən 67% təşkil edir. LDR ("loan-to-deposit ratio") bank sektorunun və ya fərdi bankın likvidliyini qiymətləndirmək üçün istifadə olunan göstəricilərdən biridir.
Qeyd edək ki, bu nisbət çox yüksəkdirsə, bu, bankın gözlənilməz tələblərini ödəmək üçün kifayət qədər likvidliyə sahib ola bilməməsi riskini artırır. Əksinə, nisbət çox aşağıdırsa, bank öz potensialından daha az qazanması və vəsaitlərindən daha az istifadəsi deməkdir. Bir qayda olaraq, kredit portfelinin depozit portfelinə olan ideal nisbəti 80%-90% aralığında sayılır.
Nəzərə alaraq ki, iyulun 1-nə ölkənin bank sektorunda göstərici 67%-dir, banklar mövcud müştəri vəsaitlərini (depozitlər) kredit məqsədləri üçün axıra qədər istifadə etmirlər.
Müqayisə üçün Avropa İttifaqında 2021-ci ilin aprelin 1-nə LDR təxminən 119%, ABŞ-da isə martın 1-nə 68% civarında təşkil edirdi.
2021-ci ilin iyulun 1-nə Azərbaycan banklarının LDR-ə görə renkinqi, kredit ve depozit portfellərinin həcmi və illik dinamikası:
# |
Banklar |
LDR (1 iyula) |
Kredit və depozit portfelləri (1 iyula) |
||||
2021-ci il |
2020-ci il |
Kreditlər, min AZN |
İllik dinamika |
Depozitlər, min AZN |
İllik dinamika |
||
1 |
"Bank Avrasiya" |
308,3% |
255,8% |
122 863,34 |
9,1% |
39 845,71 |
-9,5% |
2 |
"Pakistan Milli Bankı" * |
207% |
30,2% |
849,9 |
-3,4% |
410,51 |
-85,9% |
3 |
"Bank VTB" * |
181,5% |
167,1% |
159 300,56 |
26,6% |
87 752,48 |
16,5% |
4 |
"AFB Bank" |
181% |
164,8% |
162 415,57 |
-10,9% |
89 730,77 |
-18,8% |
5 |
"Expressbank" |
178,5% |
176,8% |
228 757 |
9,1% |
128 134 |
8% |
6 |
"Bank of Baku" |
177,1% |
174,7% |
389 933,88 |
15,4% |
220 170,19 |
13,8% |
7 |
"Günay Bank" |
173% |
202% |
197 087,24 |
3,3% |
113 903,02 |
20,5% |
8 |
"Bank BTB" |
171,1% |
147,9% |
237 176,66 |
15,1% |
138 655,34 |
-0,5% |
9 |
"Yelo Bank" |
143,7% |
131,1% |
364 762,83 |
18,3% |
253 829,57 |
7,9% |
10 |
"Muğanbank" |
133,8% |
120,5% |
371 017,21 |
10,4% |
277 376,21 |
-0,5% |
11 |
"Turanbank" |
125,5% |
125,3% |
373 263 |
6,3% |
297 457 |
6,1% |
12 |
"Premium Bank" |
119,8% |
132,2% |
524 483 |
-8% |
437 952 |
1,6% |
13 |
"Azər-Türk Bank" |
112,4% |
93% |
181 636 |
8,5% |
161 538 |
-10,2% |
14 |
"Unibank" |
106,8% |
108,6% |
661 260,89 |
16,6% |
619 092,27 |
18,5% |
15 |
"Naxçıvanbank" |
105,3% |
82,4% |
125 087,47 |
6,8% |
118 764,17 |
-16,5% |
16 |
"Xalq Bank" |
97,3% |
92,7% |
1 405 347,82 |
-4,7% |
1 444 935,82 |
-9,2% |
17 |
"Rabitəbank" |
96% |
77,5% |
440 613,34 |
4,1% |
459 061,61 |
-15,9% |
18 |
"Ziraat Bank" * |
91,5% |
104,2% |
173 068,74 |
9,3% |
189 248 |
24,6% |
19 |
"AccessBank" |
87,2% |
80,1% |
545 630 |
8,6% |
625 918 |
-0,3% |
20 |
"Yapı Kredi Bank" * |
72,5% |
60,2% |
163 645,82 |
9,6% |
225 732,95 |
-9% |
21 |
"Bank Respublika" |
64,3% |
64,8% |
555 249,11 |
24,3% |
863 673,735 |
25,2% |
22 |
"Kapital Bank" |
52,1% |
57,2% |
2 298 813 |
5,6% |
4 410 409 |
15,9% |
23 |
"PAŞA Bank" |
48,4% |
52,2% |
2 196 153 |
4,8% |
4 534 455 |
12,9% |
24 |
ABB ** |
46,7% |
47% |
2 700 713,57 |
3,5% |
5 782 325,08 |
4,2% |
25 |
"ASB Bank" |
43,4% |
52,9% |
256 059,19 |
-26,2% |
590 119,76 |
-9,9% |
26 |
"Bank Melli İran" * |
- |
- |
8 179,47 |
56,6% |
0 |
- |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay