Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb
2021-ci ilin İyul ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi artım baş verib.
Valyuta.az xəbər verir ki, bu barədə AMB-nin aylıq hesabatında qeyd edilib.
Bildirilir ki, bu vəsait 41,2 milyon dollar artaraq 30 İyul tarixində 6 milyard 496.5 milyon dollara çatıb. Bu gəlir isə iyulun 1-i ilə müqayisədə 0,6% çoxdur.
Halbuki, 30 iyun tarixinə bu məbləğ 6 milyard 455,3 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin iyun ayında qurumun valyuta ehtiyatları 5,1 milyon dollar azalmışdı.
2020-ci ilin sonundan ötən 7 ayda isə Mərkəzi BAnkın valyuta ehtiyatları 127,1 milyon dollar artıb. 30 Dekabr 2020-ci il tarixində valyuta ehtiyatları 6 milyard 369.4 milyon dollar təşkil etmişdi.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları ilə)
30.07.2021 6496.5
30.06.2021 6455.3
31.05.2021 6460.4
30.04.2021 6367.6
31.03.2021 6356.2
26.02.2021 6367.6
29.01.2021 6365.2
30.12.2020 6369.4
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay